S.Fettel: Təqaüdə çıxırdım

Formula1 üzrə dördqat Dünya Çempionu Sebastyan Fettel az qala təqaüdə çıxırmış.

F-1.az xatırladır ki, Ferrari hələ may ayında Fettellə yollarını ayıracaqlarını bildirmişdi. Bundan sonra almaniyalı sürücünü gələcəyi müəmmalı olaraq qalmışdı.

Dördqat Dünya Çempionunun adı bəzi komandalarla hallansa da, sonda Aston Martin 33 yaşlı pilota son şans vermək qərarına gəlib.

Sebastyan Fettel: “Təqaüdə çıxmağa yaxın idim. Nə qədər yaxın olduğumu demək üçün isə ölçü vahidi yoxdur. Lakin hazırda verdiyim qərar mənim üçün ən yaxşısıdır və bunu isbat etmək üçün səbirsizlənirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*