S.Fettel xaos istəyir

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, xal almaq üçün yarışda xaosa ehtiyac var.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunun ikinci sessiyasında tras yaşkən risk edin quru təkərlərə keçib. Amma təkərlər trası tutmayıb. Buna görə də son sessiyaya keçə bilməyib.

Sebastyan Fettel: “Quru təkərlərlə trasa çıxmağa tələsdik. Lakin sonradan danışmaq həmişə asan olub. Sınadıq, amma alınmadı.

Bilirdim ki, qızdırma və əsas dövrə vuracaq qədər vaxtımız var. Uzin müddət düşündük və içimizdən bir səs deyirdi ki, keçid təkərlərini götürək. Amma rəqiblərimizin quru təkərlərə keçdiyini görüb, biz də elə etdik.

Trada çıxanda isə bununsəhv olduğunu anladım. Geri qayıtmaq üçün vaxtımız az idi. Gərək keçid təkərlərində israr edərdim. Bilirdik ki, trasın yaş yerlərində vaxt itirəcəyik. Buna görə də quru yerlərdə aqressiv idim. Ön təkərlər də qızmamışdı. Daha sonra səhv etdim.

Ümid edirəm ki, yarışda yağış yağar və xaos olar. Yenə də tempimiz yaxşıdır. Buna görə də xal almaq üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*