S.Fettel: “F1 Şou deyil, idmandır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel yeni qaydaları dəyərləndirərək bildirib ki, Formula1 rəhbərliyi unutmamalıdır ki, F1 şou deyil, idmandır.

F-1.az xatırladır ki, Formula1-in fanlarının sayında azalma baş verib və buna görə də Formula1 rəhbərliyi idmana müxtəlif yeniliklər gətirməyə çalışır.

Mövsümün əvvəlində yoxlanılan ələnmə formatlı sıralanma turu da bu yeniliklərdən biri idi, amma yeni format gözlənilən nəticəni verə bilmədi. Çin yarışından etibarən yenidən əvvəlki sıralanma turu formatı qaytarıldı.

Gələn həftə 2017-ci ildəki qaydaları müəyyənləşdirmək üçün iclas keçiriləcək və Ferrari-nin almaniyalı sürücüsü Sebastyan Fettel bildirib ki, onlar Formula1-in idman növü olduğunu unutmamalıdırlar: “Biz unutmamalıyıq ki, Formula1 idman növüdür.

Bəli, mən bilirəm ki, bu həm də bir şoudur, amma ümumü olaraq, xüsusən də mənim üçün idmandır.

Yarışlara başladığımdan bəri sürmək, yarışlar, rəqiblərimlə rəqabət aparmaq, ən yaxşı və ən sürətli olmaq mənim əsas hədəflərim olub.

Formula1 həmişə avtoidmanın ən yüksək zirvəsi olub və mən düşünürəm ki, buradakı bolidlər dünyanın ən sürətli avtomobilləridir.

Biz bu idmanda bəzi sahələri inkişaf etdirə bilərik. Yeni qaydalar çox dəqiq olmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*