S.Fettel ilin sonunda Ferrari-dən ayrılır?

Son iddialara əsasən, Sebastyan Fettel komandası Ferrari-dən ilin sonunda ayrılacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2015-ci ildə Ferrari-yə transfer olunsa da, son 3 mövsümdə etdiyi səhvlərə görə iki dəfə titulu əldən vermişdi.

Fettelin komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq. Ferrari daha əvvəl sürücüsünə illik 12 milyon dollarlıq təklif etsə də, dördqat Dünya Çempionu bununla razılaşmamışdı. Bu gün Almaniya mətbuatının yazdığı xəbərə əsasən, tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Buna görə də Sebastyan ilin sonunda italyanların sıralarını tərk edəcək. Xəbərin bu gün rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Fettel “qırmızılar”la 5 mövsümdə 102 yarışa çıxıb və 14 qələbə qazanıb. Komandada onu Daniel Rikkardo və ya Karlos Saynsın əvəzləyəcəyi gözlənilir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*