S.Fettel̉: F2 tempində sürürdük

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, isti hava və təkərlərin yeyilməsinə görə Formula2 tempində gediblər.

F-1.az xatırladır ki, Aston MArtin Barcelonaya yeniliklərlə gəlmişdi. Bolidin yeni versiyası Red Bull-u xatırladır. Lakin yeniliklər işə yaramadı və Fettel finişə 11-ci yerdə çatdı.

Sebastyan Fettel: “Yarışda pis deyildik, amma maşın çox isti idi. 11-ci olduq və xalq qazana bilmədik. Hədəfimiz xal almaq olsa da, 10-cu yerdəki Yukiyə çox uduzurduq. Yenə də əlimizdən gələni etdik.

Bolidin tempi əvvəlki günlərə nisbətən zəif idi, çünki hava isti idi və təkərlər tez yeyilirdi. Vəziyyət hamı üçün çətin idi. Çox yavaş gedirdik. Formula2-nin sıralanma tempində idik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*