S.Fettel: “Bugünkü yarış mövsümün qısa xülasəsidir”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Əbu Dabi yarışı bu mövsümün xülasəsi olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün son yarışında ikinci olub.

Sebastyan Fettel: “Bugünkü yarış mövsümün qısa xülasəsidir: Rəqibə yaxın olmaq, amma çata bilməmək.

Valtterinin arxasında olmaq çətin idi. Tempin olduğuna inanırdım. Amma yarışmaq çətin idi. Xüsusilə də, son sektorda. Problem yaşayan kimi onu keçdim. Düzlüklərdə güclüyük və tempimiz var. Amma son sektorda, xüsusilə son iki döngədə zəifik. Qazanmağa ümid edirdim. Buna görə də əlimdən gələni etdim. Amma bəs eləmədi. Gərgin mövsüm oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*