Rusiya-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

Bu ildən DHL şirkətinin təsis etdiyi Fastest Pit Stop Award mükafatı yeni qaydalarla keçirilir – yarışın gedişində ən sürətli pit-stoplara görə komandalara elə əsl yarışda olduğu kimi xallar verilir. Şirkət bu yolla mükafat uğrunda mübarizəni daha maraqlı etdiyini düşünür, amma hələlik keçən il olduğu kimi bu çempionatda Williams komandası hegemonluq edir.

F-1.az bildirir ki, Williams bu dəfə estafeti Red Bull-a verməli olub – Avstriya komandasının mexanikləri Maks Ferstappenin maşınında dörd təkəri 2.33 saniyəyə dəyişiblər. Bu, daha enli yeni təkərlərlə indiyə qədər edilmiş ən sürətli pit-stopdur. İndiyə qədərki ən yaxşı nəticə isə keçən yarış Saxirdə qeydə alınmışdı – 2.34 saniyə.

Mercedes AMG, Williams və Toro Rosso komandalarının hər iki sürücü ilə etdikləri pit-stoplar ilk onluğa düşüblər. Ümumi nəticədə Qrouv təmsilçisinin liderliyi davam edir, Renault və Sauber-in isə hələ də xalı yoxdur…

 

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
Williams 40 25 31 20 121
Red Bull 6 27 19 25 77
Mercedes AMG 26 1 8 20 55
Force İndia 6 12 30 4 52
Toro Rosso 12 10 1 20 43
Ferrari 11 20 10 1 42
McLaren 0 0 2 6 8
Haas 0 6 0 0 6
Renault 0 0 0 0 0
Sauber 0 0 0 0 0
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*