R.Şumaher: “Hər şey Braziliyada həll olacaq”

Alman KİV-i üçün müsahibəsində Ralf Şumaher bildirib ki, çempion titulunun taleyi artıq Braziliyada həll olacaq… Ralf Şumaher: “Düşünürəm ki, hər […]

Alman KİV-i üçün müsahibəsində Ralf Şumaher bildirib ki, çempion titulunun taleyi artıq Braziliyada həll olacaq…

Ralf Şumaher: “Düşünürəm ki, hər şey İnterlaqosda həll olacaq. Censon böyük üstünlüklə çempionatda liderlik edir, Ross Braun strategiya seçimində çox güclüdür, Mercedes motorları isə Brawn GP maşınlarına trasın uzun düz yollarında sürətli olmağa imkan verəcək.

Mövsümün əvvəlində Brawn GP maşınları çox sürətli idilər, amma maliyyə çatışmazlığı üzündən komanda texniki inkişafın tempində rəqiblərinə münasib ola bilmədi, amma sükan arxasında elə həmin Censondur ki, mövsümün ilk yeddi yarışında altı qələbə qazanıb. O yavaşımayıb, sadəcə rəqiblərin sürəti artıb.

Bi alman kimi mən Sebastyan Fettelə azarkeşlik edəcəm, o əla sürücüdür, onun əla maşını var, amma mövsümün gedişində çox xal itirib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*