17 Oktyabr 2019, Cümə axşamı - 10:23

L.Həmilton: “Ferrari-ni təqib edə bilərdim”

L.Həmilton: “Ferrari-ni təqib edə bilərdim”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:52 - 19 Mart, 2010

McLaren komandasının sürücüsü Lyuis Həmilton mövsümün ilk yarışında podiumun ən aşağı pilləsinə qalxıb – britaniyalı sürücünün fikrincə, ilk döngədə Niko […]

McLaren komandasının sürücüsü Lyuis Həmilton mövsümün ilk yarışında podiumun ən aşağı pilləsinə qalxıb – britaniyalı sürücünün fikrincə, ilk döngədə Niko Rosberqi irəli buraxmasa idi, Ferrari sürücülərini təqib etməklə keçə də bilərdi…

Lyuis Həmilton: “Mənim yarışım pis keçmədi. Təəssüf ki, ilk dövrədə dördüncü döngəyə geniş girdim və Rosberqi irəli buraxdım. Mən ondan çox sürətli idim, amma bu trasda kimisə təqib etmək və təkərləri normada saxlamaq çətindir. Əgər mən bu səhvə yol verməsəydim, iki Ferrari-ni sıx izləyərdim və ən azı birini keçə bilərdim.

İlk yarışda üçüncü yer pis deyil, komanda üçün də yaxşı nəticədir. Bu biz gözlədiyimizdən yaxşıdır. Yeni qaydalar vəziyyəti daha da çətinləşdirib. Ötmələr daha da azalacaq, amma bizi maraqlı mövsüm gözləyir. Hələ hamı təkərlərdən effektiv istifadə etməyi, yanacağa qənaət etməyi, pit-stopa optimal vaxt seçməyi öyrənir”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər
Paylaş

logo