Barselona yeni qaydalar üçün əsil sınaq meydanı olacaq

Mövsümün ilk dörd yarışı ötmələrlə zəngin alınıb, Türkiyə yarışı isə Formula1-də ötmələrin rekorduna imza atıb. Amma paddokda hamı əmindir ki, […]

Mövsümün ilk dörd yarışı ötmələrlə zəngin alınıb, Türkiyə yarışı isə Formula1-də ötmələrin rekorduna imza atıb. Amma paddokda hamı əmindir ki, yeni reqlamentin şounun səviyyəsini nə dərəcə artırmasını İspaniya Qran Prisi göstərəcək.

Katalunya avtodromunun konfiqurasiyası sürətli döngələrin çoxluğuna baxamayaraq, uzun illrədir ki, ötmələrlə azarkeşləri sevindirə bilmir – trasda ciddi əylənmələrin olmaması üzündən komandaların sevimli test meydanına çevrilib.

İndidən vəziyyətin dəyişəcəyini söyləmək çətindir, düzdür, DRS və KERS sistemləri, eləcə də yeni Pirelli təkərləri vəziyyəti ciddi dəyişə bilərlər. Williams komandasının texniki direktoru Səm Maykl hesab edir ki, vəziyyət istənilən halda yaxşılaşacaq: “Əminəm ki, trasda ötmələr olacaq. Klassik traslarda ötmələr çoxdan yox çıxmışdı, amma yeni təkərlər və arxa antiqanad sayəsində statistika dəyişəcək. Düşünürəm ki, yarış həqiqətən yeniliklər üçün sınaq olacaq. Əvvəllər bu trasda ötmək qəhrəmanlıq sayılırdı.”

McLaren komandasının başçısı Martin Uitmarş da eyni fikirdədir: “Bazar günü hadisələrin gedişinə yeni reqlamentin təsirini izləmək mənim üçün də çox maraqlıdır. Biz artıq gördük ki, KERS və DRS sistemləri yarışın taleyini həll edirlər, indi baxaq görək bütün bunlar Barselonada necə işləyəcək – nəzərə almaq lazımdır ki, əvvəllər Barselonada ötmə imkanları çox məhdud idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*