Bu yaxınlarda Renault komandası Robert Kubitsa ilə müqavilə imzalamasını rəsmən təsdiq edib, polşalı sürücü gələn il komandada Ferrari-yə keçəcək Fernando Alonsonu əvəz edəcək. Amma komandanın ikinci sürücüsünün adı hələ məlum deyil.
Komandadan azad edilmiş Nelsinyo Pikeni əvəz etmiş Roman Qrojan artıq komandada 5 yarış keçirib və bir xal olsun belə qazana bilməyib, onun komandada gələcəyi sual altındadır.
Bu uik-end Qrojan Renault-nun Buxarestdə küçə şousunda iştirak edir. Rumıniyanın Automarket qəzetinə müsahibəsində Roman bildirib ki, “komanda ilə danışıqlar aparıram, məncə, komanda rəhbərliyi mövsümün sonunu gözləyir və sonra qərar qəbul edəcəklər.”