17 İyun 2019, Bazar ertəsi - 16:59

Barselonada M.Şumaher başqa şassiyə oturacaq

Barselonada M.Şumaher başqa şassiyə oturacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:40 - 05 May, 2010

Mercedes GP komandası Mixael Şumaherə keçmiş sürətini yığmaqda kömək etmək istəyir və İspaniya Qran Prisində yeddiqat dünya çempionu üçün başqa […]

Mercedes GP komandası Mixael Şumaherə keçmiş sürətini yığmaqda kömək etmək istəyir və İspaniya Qran Prisində yeddiqat dünya çempionu üçün başqa şassi hazırlanacaq. Barselonada komanda bir neçə kompleks texniki yenilik göstərəcək və komandanın başçısı Ross Braunun sözlərinə görə, Şumaher mövsümün ilk dörd yarışında çıxış etdiyi maşından bir daha istifadə etməyəcək…

Ross Braun: “Əslən şassi yeni olmayacaq, biz onu artıq testlərdə yoxlamışıq. Mövsümün ilk dörd yarışında istifadə etdiyi şassi isə zədələnmişdi və biz yarışlarda onu keyfiyyətlə təmir etməyə çalışırdıq. Amma indi komanda bazaya qayıdıb və Barselonada biz testlərdə yoxlanılmış şassidən istifadə edəcəyik.

Əlbəttə, biz deyə bilmərik ki, Şumaher mövsümün ilk yarışlarından razı qalıb, əslən bu heç doğru olmazıd, amma o uğura köklənib və mən düşünürəm ki, uğursuzluqlar onu daha gərgin işləməyə məcbur edəcək.

Bütün tərəddüdləri dəf etmək istərdik, çünki kokpitə qayıtdıqdan sonra Mixael keçmiş sürəti yığmağa çalışır. Amma, sözsüz ki, o yeni təkərlərlə işləyə bilmir. Şassi və təkərlər onun sözünə baxmır: maşın çox həssas olanda onun xoşuna gəlir. Hələlik biz bunu təmin edə bilmirik. Mövsümün startını yaxşı adlandırmaq olmaz, amma biz mübarizəni davam etdiririk, axı çempionatda hələlik aşkar lider yoxdur. Ona görə də imkanlar az deyil.

Amma Çində mən məyus oldum, çünki Niko Rosberq ilk qələbəsini qazana bilərdi. Vəziyyət çox çətin idi və o səhvə yol verdi. O qələbəyə çox yaxın idi, amma alınmadı. Mən əminəm ki, Niko mütləq uğur qazanaacq və Mixael də, həmçinin.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 259
Teqlər
Paylaş

logo