R.Qrojan Pikeni əvəz edəcək

Renault komandası rəsmən Roman Qrojanın debütünü təsdiq edib, ehtiyat və test sürücü mövsümün yerdə qalan yarışlarında Nelsinyo Pikeni əvəz edəcək. […]

Renault komandası rəsmən Roman Qrojanın debütünü təsdiq edib, ehtiyat və test sürücü mövsümün yerdə qalan yarışlarında Nelsinyo Pikeni əvəz edəcək. Komandanın bəyanatında qeyd olunur ki, Pikenin komandadan getməsi “hər iki tərəfin razılığı ilə əldə olunub və hər iki tərəfin maraqlarına xidmət edir.” Beləliklə, gözlənildiyi kimi, Roman Fernando Alonsonun komanda yoldaşı olacaq və bu uik-end Avropa Qran Prisinin startına çıxacaq.

Bu mövsüm 23 yaşlı Qrojan ehtiyat sürücü vəzifəsini yerinə yetirirdi, bütün Qran Prilərdə iştirak etməklə təcrübə toplayıb və komandanın kollektivinə öyrəşib. Amma o Frnasa şirkətinin idman bölümü ilə bir neçə ildir əlaqəlidir, Renault-nun gənc sürücülərin hazırlıq proqramının iştirakçısıdır, 2006-cı ildə o Renault Formulasının milli çempionatında qalib gəlib, 2007-ci ildə isə Formula3-ün Avroseriyasında çempion olub, 2008-ci ildə isə GP2 Asiya-da birincilik qazanıb. Bu il GP2 seriyasında uzun müddət liderlik etsə də, son yarışlarda liderliyi əldən verib…

Roman Qrojan: “Mən fəxr edirəm ki, Renault mənə peşəkar səviyyəmi artırmaq şansı verib. Mən R29-un sükanı arxasına oturmağa hazırlaşıram və komandaya maksimum mümkün nəticələr göstərməkdə kömək etmək istəyirəm.

Fernandoya komanda yoldaşlığı etmək böyük şərəfdir – mən Formula1-də ikiqat dünya çempionun komanda yoldaşı kimi debüt edirəm, bu xüsusi motivasiya verir.”

Flavio Briatore: “Biz Romana Renault komandasının heyətində Qran Prisinin startına çıxmaq imkanını verməyə şadıq. O istedadlıdır və biz gözləyirik ki, o öz bacarığını nümayiş etdirəcək, çünki komanda inkişaf etməklə mövsümün ikinci yarısını aqresiv keçirməyi planlaşdırır. Biz həmçinin, Nelsinyo Pikeyə işinə görə minnətdarlıq edirik və gələcək uğurlar arzulayırıq.”

Valensiyada Renault-nun ehtiyat sürücüsü vəzifəsini Lukas di Qrassi icra edəcək, braziliyalı sürücü GP2-də çıxışlarını da davam etdirəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*