ROKiT-in yeni tərəfdaşı Mercedes olacaq?

Britaniya mətbuatının verdiyi xəbərə əsasən ROKiT bu mövsüm Mercedes-in sponsoru ola bilər.

F-1.az xatırladır ki, ROKiT keçən il Williams komandası ilə tərəfdaşlığa başlasa da, bu ilin may ayında tərəflər yollarını ayırmışdı. Ancaq ROKiT şirkətinin Formula1-dən çəkilmək fikri yoxdur.

Britaniyalı şirkət son 5 ilin Dünya Çempionu Mercedes komandası ilə müqavilə bağlamağa hazırlaşır. Lakin almanlar bu barədə heç bir açıqlama verməyiblər.

Əgər tərəflər razılaşsa, Mercedes komandası bu il İNEOS-dan sonra ikinci vacib tərəfdaşlıq müqaviləsi imzalayacaq. Qeyd edək ki, “gümüşü oxlar”-ın hazırda Petronas, Bose, Monster Energy kimi böyük sponsorları var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*