RML ərizə verməkdən imtina edib

WTCC seriyasında Chevrolet maşınlarında çıxış edən RML Group şirkətinin nümayəndələri gələn ilin Formula1 dünya çempionatında iştirak etmək üçün ərizə vermək […]

WTCC seriyasında Chevrolet maşınlarında çıxış edən RML Group şirkətinin nümayəndələri gələn ilin Formula1 dünya çempionatında iştirak etmək üçün ərizə vermək arzusunda olduqlarını bildirmişdilər, amma son anda ərizə verilməyib. Komandanın yaydığı rəsmi mətbuat relizində deyilir ki, bu qərar gələn ilin reqlamentindəki müəyyənsizliklə əlaqədardır…

Rəsmi bəyanatda deyilir: “Son on ildə RML Group FİA-nın çempionat iştirakçılarına təklif etdiyi bütün imkanları qiymətləndirərək gələn ildən çempionatda iştirak etmək arzusunda olduğunu bildirmişdi. Keçirilmiş təhlil göstərmişdi ki, FİA-nın aprelin 30-da dərc etdiyi texniki və maliyyə şərtləri komanda üçün, eləcə də bizim son 25 ildə milli və beynəlxalq səviyyədə tərəfdaşlıq etdiyimiz şirkətlər üçün cəlbedicidir.

Lakin büdcənin məhdudlaşdırılması sxeminin təfərrüatlarındakı qətiyyətsizlik mayın 29-na qədər ərizə verməyimizi imkansız etdi. Amma RML vəziyyətin inkişafını izləyir və öz planlarından imtina etmir. Biz FİA və FOM-un yarışlara yeni yanaşma metodunu və idmanın gələcəyinin qorunması yolunda tədbirlərini qeyd etməliyik…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*