R.Kubitsa: “Mən bu il qayıtmalıyam”

Bu gün Robert Kubitsanı daha bir çətin cərrahiyə əməliyyatı gözləyir – italiyalı həkimlərin fikrincə, əməliyyat yenə də 7 saat çəkəcək, […]

Bu gün Robert Kubitsanı daha bir çətin cərrahiyə əməliyyatı gözləyir – italiyalı həkimlərin fikrincə, əməliyyat yenə də 7 saat çəkəcək, amma onlar ümid edirlər ki, yerdə qalan sınıqların nəticələri aradan qaldırılacaq.

Dünən isə Lotus Renault GP sürücüsü birinci dəfə jurnalistlərlə görüşüb və İtaliyanın Gazzetta dello Sport qəzetinə müsahibə verib – Robert bildirib ki, artıq bu mövsümdə sükan arxasına qayıtmağa ümid edir…

Robert Kubitsa: “Mən trasa qayıtmaq və daha güclü olmaq istəyirəm, çünki belə qəzalardan sonra sən artıq başqa adam, daha yaxşı olursan. Hələ 2007-ci ildə, Kanada qəzasından sonra belə olmuşdu. Axı sürücü yalnız qaz pedalını basmaqla və sükanı fırlatmaqla – hər şey çox mürəkkəbdir. Potensialının 80%-dən və 95%-dən istifadə edən sürücülər kəskin fərqlənirlər: məhz bu 15% əlavə sürətin və motivasiyanın mənbəyidir.

Kanada qəzasından sonra mən yarışlara daha ağıllı yanaşmağa başladım. İndi, fiziki formamı yığandan sonra, yenə də belə olacaq. Mən bu il qayıtmalıyam.

Mən yeddi il əvvəl baş vermiş qəzadan sonra öz vəziyyətimi yaxşı xatırlayıram: sükan arxasında mənim dostum oturmuşdu və bizə sürücüsü sərxoş olan başqa bir maşın çırpıldı. Onda da biz qoruyucu baryerə dəyib açmışdıq… Elə bu sağ qolum zədələnmişdi, sümüklərim qırıq-qırıq olmuşdu. Qəzadan dörd gün sonra isə vəziyyətim daha da ağırlaşmışdı, amma indiki halım nikbin olmağıma əsas verir. O zaman mənim həkimim Çekkarelli olmuşdu, indi də o mənə kömək edir.

Mən tezliklə bərpa olmaq istəyirəm. Mən heç bilmirəm sınıq yerləim nə vəziyyətdədir, amma əgər həkimlər yaranı stabilləşdiriblərsə, indi hər şey məndən asılıdır.

Qəza birdən baş verdi, heç nəyi xatırlamıram, amma indi barmaqlarım işləyir, mən onları hiss edirəm, qolumu da. Amma hələ yenə də əməliyyat olunmalıyam, bundan sonra vəziyyəti dəqiq biləcəm.

Mən çox təəssüflənirəm ki, hər şey belə alındı – bu belə olmamalı idi. Mən hadisənin təfərrüatlarını heç bilmirəm, çünki heç nə yadımda deyil. Mən hospitalda ayıldım və menecerim Daniel Morelli mənə hər şeyi danışdı.

İndi bu qəzadan sonra əmin deyiləm ki, rallidə çıxışlarımı davam etdirəcəm, amma bu idmanla məşğul olmağım mənim Formula1-də göstəricilərimə müsbət təsir edirdi. Əgər mən ralli ilə məşğul olmasaydım, indi evdə oturardım. Ona görə də mən bu yarışlara qoşulurdum, indi isə hopsitaldayam. Amma ralli sadəcə hobbi deyil, bu, Formula1-ə hazırlığıma kömək edən çox intensiv məşqdir.

Mənim Formula1-də göstəricilərim yaxşılaşırdı, çünki keçən il mən çoxlu ralli yarışlarında çıxış etdim. Ralli konsentrasiyanı artırmağa kömək edir – Formula1-də testlər artıq keçirilmir. Formula1-də göstəricilər çox faktordan asılıdır və ralli təcrübəsi müəyyən aspektlərdə təkmilləşməyə kömək edirdi, mənim ehtiyatlarımı üzə çıxarırdı. Mövsüm 20 yarışdan ibarət olanda, bu çox vacibdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*