R.Kubitsa FİA-nın Renault-ya qarşı qərarını gözləyir

Robert Kubitsa təsdiq edib ki, onun gələn ilə planları FİA-nın Renault-ya qarşı qəbul edəcəyi qərardan asılıdır. Məlumatlara görə, polşalı sürücü […]

Robert Kubitsa təsdiq edib ki, onun gələn ilə planları FİA-nın Renault-ya qarşı qəbul edəcəyi qərardan asılıdır. Məlumatlara görə, polşalı sürücü artıq Renault-dan təklif alıb, amma komandanın gələn il dünya çempionatında iştirakı məsələsi həll olunana qədər gözləməyi qərara alıb…

Robert Kubitsa: “Hələ məlum deyil ki, gələn il mən hansı komandada olacam, amma ümid edirəm ki, tezliklə məsələ həll olunacaq və hamı hər şeyi biləcək.

Renault ətrafındakı qalmaqal mənə mane olurmu? Həm olur, həm də olmur. Renault – variantlardan biridir və indi FİA-nın Ümumdünya Şurasının qərarını gözləməli olacam, amma başqa variantlar da var. Düzünü desəm, mən bu məsələ barədə danışmaq istəmirəm, mənim heç bir məlumatım yoxdur, ona görə də heç nəyi şərh etmək istəmirəm.”

İstisna deyil ki, Renault-nun qalmaqalına görə Kubitsa Williams-a keçə bilər, komanda Brawn GP-yə keçmək istəyən Niko Rosberqin yerinə sürücü axtarır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*