R.Kubitsa: “Brawn-a çatmaq mümkün deyildi”

BMW Sauber-in sürücüsü Robert Kubitsa bildirib ki, sabahkı yarışda ilk cərgədən start alacaq Censon Batton və Rubnes Barrikello bu gün […]

BMW Sauber-in sürücüsü Robert Kubitsa bildirib ki, sabahkı yarışda ilk cərgədən start alacaq Censon Batton və Rubnes Barrikello bu gün sadəcə əlçatmaz idilər – Brawn GP maşınları bütün rəqiblərindən sürətli idilər. Sıralanma turunda dördüncü olmuş Robert BBC-yə müsahibəsində deyib ki, onun Fetteli qabaqlamaq şansı var idi, amma Brawn GP-yə çatmaq mümkün deyildi…

Robert Kubitsa: “Vəziyyəti təhlil edərək demək olar ki, bəzi maşınlar çox sürətlidirlər – Brawn, Toyota və Williams. Həm də mənim maşınımda KERS yox idi. Amma bu gün Brawn-a çatmaq mümkün olmasa da sıralanma turunda üçüncü ola bilərdim. Mən ikinci sessiyanı əla keçirdim və asanlıqla son sessiyaya keçdim, ona görə də biz gücümüzə əmin idik.

Amma son sürətli dövrədə mən Niko Rosberqin arxasına düşdüm və o 14-cü dövrədə trasdan çıxıb yenidən trayektoriyaya qayıtdı, asfalt tozlu oldu. Həmin yerdə mən qiymətli saniyələr itirdim, təkərlər toza bulaşdı və son 3-4 döngəni təəssüf ki, çətinliklə keçdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*