R.Kubitsa: “Biz quru sazlanmalardan istifadə etdik”

Sıralanma turunda güclü yağışa baxmayaraq, bir çox komandalar maşınlarını bazar günü yarışa quru sazlanmalarla hazırlamışdılar. Start mövqeyini asfaltla pis ilişmə […]

Sıralanma turunda güclü yağışa baxmayaraq, bir çox komandalar maşınlarını bazar günü yarışa quru sazlanmalarla hazırlamışdılar. Start mövqeyini asfaltla pis ilişmə üzündən qurban verən sürücülər bazar günü böyük üstünlük qazanıblar. Robert Kubitsa da maşının sazlanmalarını dəyişməyib…

Robert Kubitsa: “Biz bilirdik ki, bazar günü yarış quru havada keçəcək və dünən sıralanma turunda sazlanmaları dəyişmədik, cümə günü quru tras üçün tapdığımız sazlanmalarla yağış altında trasa çıxdıq. Yağış altında belə maşını idarə etmək çox çətindir, ona görə də Nik elə birinci sessiyada mübarizədən kənar qaldı, mən isə startda səkkizinci mövqeyi qazana bildim.

Bu gün maşın sürətli və stabil idi, mən hətta Rubens və Markın yavaş olmalarına təəccüblənmişdim – mən sakitcə onların tempində gedirdim, sonra motor qızmağa başladı, dövriyyəni məhdudlaşdırmalı oldum. Mən düz yollarda motoru soyutmağa çalışırdım ki, heç olmasa finişə çata bilim.

Mənim birinci pitdə bəxtim gətirmədi, trasa qayıdan kimi dörd yavaç maşının arxasına düşdüm – Kobayaşi, Nakacima, Batton və Fettel. Mənim maşınım ağır idi, hücum edə bilmirdim, ona görə də Uebber mən uzaqlaşa bildi. Bundan sonra mən təkərləri qorumağa çalışdım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*