L.Həmilton artıq qorxur

Mercedes komandasının sürücüsü Lyuis Həmilton çempionluğu itirməkdən qorxur.

F-1.az xatırladır ki, britaniyalı sürücü mövsümün ilk yarısında 12 yarışdan 8-i qazansa da, mövsümün ikinci yarısında hələ də qələbə üzü görməyib. Beşqat Dünya Çempionu hazırda ən yaxın rəqibi Bottası 65 xal qabaqlayır. Lekler və Ferstappen isə Həmiltondan 96 xal geridədir.

Lyuis Həmilton: “Yaxşı iş görməliyik. Mövsümün əvvəlində güclü performans göstərdik, amma aradakı fərq hər an qapana bilər. Bundan sonrakı yarışlarda daha sərt olmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*