E.Cordan: Maks Lyuisi geridə qoyar

Sabiq komanda rəhbəri Eddi Cordan düşünür ki, Lyuis Həmilton artıq Maks Ferstappenlə mübarizə aparacaq gücdə deyil.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 12 yarışdan 10-da qalib gəlib və əmin addımlarla üçüncü titula doğru gedir.

Maks Ferstappen həm sürətində, həm də trasda apardığı mübarizəyə görə fərqlənir. Lakin əksəriyyət düşünür ki, onun komanda yoldaşı Həmilton ya da Alonso olsaydı, hadisələr fərqli cərəyan edərdi.

Eddi Cordan: “Lyuis artıq qocalıb. Əlbəttə, yenə yarış qazanacaq, amma bəzi şeylər yerində olmalıdır. Maks hazırda yaş, təcrübə, özünəinam və ideal ətraf cəhətdən ən yaxşı yerdədir və eyni maşında istənilən sürücünü qabaqlaya bilər”.

Devid Kulthard isə bu sözləri deyib: “Lyuis hələ də sürətlidir. Maksla eyni komandada olsalar, Prost və Senna kimi təmas yaşayardılar. Ancaq günün sonunda Maks daha üstün olardı.

Lyuis trasdan kənarda hobbiləri ilə məşğul olan uşağa bənzəyir. Maks isə trasdan kənarda simulyatora və e-sport komandasında vaxt keçirir. Yarışla bağlı hər şeyə köklənib”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*