Rəsmən: V.Bottas cərimələnib

Mercedes komandasının sürücüsü Valtteri Bottas pit yolundakı yerində fırlanmaya görə Ştiriya yarışının startında 3 yer itirəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci sərbəst yürüşlərdə pit yolunda yerində fırlanıb. Lakin heç kəsə çırpılnayıb. McLaren komandasının sürücüləri bolidi düzəldərək, onun yola davam etməsini təmin ediblər.

Ancaq FİA insidenti araşdırıb və Bottası sessiyadan sonra görüşə çağırıb. Məlum olub ki, Bottas və Mercedes pit-stopu sürətləndirmək istərkən fərqli şeylər sınayıblar və nəticədə hadisə yaşanıb. Beləliklə, FİA 32 yaşlı pilota yarışın startında 3 yer itirmək cəriməsi veriblər.

Stüardlar bu barədə belə açıqlama veriblər: “Stüardlar 77 nömrəli maşının sürücüsünü və komanda işçilərini dinləyiblər. Bundan başqa video görüntülər də təhlil edilib. Bottas pit-stopdan sonra hərəkətə başlayanda bolidin idarəetməsini itirdi. Arxa tərəf sürüşdü və yerində fırlandı. Daha sonra isə McLaren boksunun önündə dayandı. Bottas qeyd etdi ki, pit-stopdan çıxış zamanı vaxt itirdikləri üçün fərqli şeylər sınayıblar və bolidi ikinci ötürmə ilə yerindən tərpədiblər. Nəticədə təkərlərin sürüşməsi artıb və gözlənilməz hadisə baş verib. Bolidi pit yolunda saxlaya bilməyib. Digər komandaların işçiləri pit yolunda olduğu üçün təhlükəli hal idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*