Rəsmən: Mik Şumaxer yarışmayacaq

Haas komandasının sürücüsü Mik Şumaxer bugünkü yarışda iştirak edə bilməyəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunun ikinci sessiyasında onluğa düşməyə yaxın idi, lakin böyük qəza edərək, hamını qorxutdu. Gənc sürücü qəzadan sonra boliddən gec düşüb. Mik sarsılsa da, zədələnməyib. Buna baxmayaraq, onu xəstəxanaya aparıblar.

Mikin vəziyyəti yaxşı olsa da, bolid çox dağılıb. Buna görə də komanda onu yarışdırmamağa qərar verib. Haas komandasını Ciddədə yalnız Kevin Maqnussen təmsil edəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*