11 Dekabr 2018, Çərşənbə axşamı - 18:33

G.Ştayner: “Bizə daha çox test imkanı verilməlidir”

G.Ştayner: “Bizə daha çox test imkanı verilməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

21:42 - 23 Aprel, 2016

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, yeni komandalara daha çox test etməyə imkan verilməlidir.

F-1.az xatırladır ki, Roman Qrojan ilk yarışlarda topladığı xallarla səkkizinci yerdədir və amerikalılar hazırda gözləntiləri artıqlaması ilə qarşılayıblar. Amma Ştayner düşünür ki, komandalara daha çox test etmək şansı verilməlirdir.

Ştayner rəqabətin artması üçün yeni komandaların daha çox test etməsinin tərəfdarıdır: “Biz yeni komandayıq, buna görə də, bizə daha çox test etmək şansı verilməlidir.

Yeni komandalara daha çox test günü verməlisiniz. Beləliklə, onlar həm bolidi tanıyarlar, həm də bir yerdə işləməyi öyrənərlər. Beləliklə, xırda səhvlərin də qarşısını almaq olar.

Əgər belə olsaydı, böyük ehtimalla Çində problem yaşamazdıq”.

Xatırladaq ki, Qutyerresin əyləc problemləri və yeni ön qanadın yaxşı işləməməsi Haas komandasını Çin yarışında xalsız qoymuşdu.

Günter Ştayner: “Biz komanda olaraq işləməyi öyrənsək, problemlərimizi həll edə bilərik.

Daha sürətli və ya daha az səhv etmək yox, daha çox test etsək, çox gözəl olar”.

Ştayner bildirib ki, Haas komandası Pirelli-nin 2017-ci ilə görə testlərində iştirak etməyəcək: “Heyif ki, 2015-ci il bolidimiz yoxdur. 2016-cı il bolidi ilə də iştirak edə bilmərik. Buna görə də testlərdə olmayacayıq.

Onsuz da biz bunu istəmirdik, çünki əvvəlcə öz işimizlə məşğul olmalıyıq. Hələ də bolidimiz barədə çox şey öyrənməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 386
Teqlər , ,
Paylaş

logo