Rəsmən: Honda gələn mövsümün sonunda idmandan gedir

Honda Motorsport 2021-ci ildən sonra idmandan ayrılacağını açıqlayıb.

F-1.az xatırladır ki, yaponiyalı istehsalçı 2015-ci ildə McLaren ilə idmana qayıtmış, amma birlikdə işlədiklər 3 ildə istədikləri nəticələri qazana bilməmişdi.

Bundan sonra Honda 2018-ci ildə Toro Rosso ilə, 2019-cu ildə isə Red Bull-la tərəfdaşlığa başlamışdı. Məhz bundan sonra Honda mühərrikləri qələbələr və podiumlar qazanmağa nail olmuşdu. Yaponlar 2019-cu ildə 3, 2020-ci ildə isə 2 qələbə əldə ediblər.

İşlər yaxşıya doğru getsə də, Honda şirkəti 2021-ci ildən sonra Formula1 üçün mühərrik istehsal etməyəcəklərini bildiriblər. Bunun səbəbi isə yol avtomobillərində elektrikləşməni təkmilləşdirmək istəmələridir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*