Rəsmən: FİA 8 sürücünü cərimələyib

Avstriya yarışından sonra Aston martin-in etirazı ilə başlayan tras limitlətinin pozulması hallarına yenidən baxılıb və 8 sürücü yenidən cərimələnib.

F-1.az xatırladır ki, Avstriya Qran Prisinə trasdakı mübarizədən başqa tras limitləri də öz damğasını vurub. Sıralanma turunda əksər sürücülərin nəticəsinin silinməsindən sonra yarışda da bir neçə pilota xəbərdarlıq verilib və daha sonra 5 saniyə cərmələniblər. Bunda sürücülərin bir-birlərini stüardlara “satmasının” da rolu var idi.

Yarışın sonlarında tras limitlərini pozma halları azalmışdı, amma belə görünür ki, stüardlar sonradan buna görə cəza vermək istəmirdilər. Lakin Aston Martin komandası yarışdan sonra qaydaların tətbiq olmadığını və trası kəsən sürücülərə cəza gəlməməsinə görə yarışın nəticəsinə etiraz edib. Stüardlar bu etirazı xırdalıqlarına qədər təhlil etdikdən sonra qəbul ediblər.

Bunu araşdırarkən məlum olub ki, sürücülrə tras limitlərini 1200 dəfədən çox pozublar. Yarışda 8 sürücüyə zaman cəzası verilib və 100-dən çox dövrəvi nəticə silinib. Xüsusən də, 9 və 10-cu döngələrdəki qayda pozuntuları sürücülərin başını ağrıdıb.

Yarışdan sonra daha 83 dövrəvi nəticə  silinib. Açıqlamaya əsasən trasın 9 və 10-cu döngələrində tras limitlərinə uymayan Yuki Tsunodaya 5 saniyə, Karlos Sayns, Lyuis Həmilton, Pyer Qasli, Aleks Elbon, Loqan Sarcentə 10 saniyə, Nik de Frizə 15 saniyə, Esteban Okona isə 30 saniyə zaman cəzası veriblər.

Cəzalardan sonra ilk üçlük dəyişməyib. Lakin onların arxasındakı düzülüş dəyişilib. Yarışda yaxşı performans göstərən və tras limitlərindən şikayət edən Lando Norris bu cərimələrdən sonra Karlos Saynsın önünə keçərək, 4-cü olub. Fernando Alonso isə 5-ci yerə qalxıb. Yarışda heç bəxti gətirməyən Karlos Sayns isə 10 saniyəlik cəzadan sonra 4-cü yerdən 6-cı yerə geriləyib.

Həmilton isə 10 saniyə zaman cəzasından sonra 7-ci yerdən 8-ci yerə geriləyib və komanda yoldaşı Corc Rassellin gerisinə düşüb. Xal qazanan sürücülər yenə xalsız qalmasalar da, Qasli 10 saniyəlik cərimədən sonra 10-cu yerə düşüb. Stroll isə bir pillə yüksələrək, 9-cu olub.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*