Rəsmən: Daniel Rikkardo McLaren komandasında çıxış edəcək

McLaren komandası Daniel Rikkardo ilə çoxillik müqavilə imzaladığını elan edbi. Avstraliyalı sürücü 2021-ci ildə Lando Norrisin komanda yoldaşı olaraq Vokinqdən komandaya qoşulacaq. Karlos Sains mövsümün sonunda McLaren-i tərk edəcək.

F-1.az xatırladır ki, Sebastyan Fettel Ferrari-ni tərk etdikdən sonra sürücülər bazarında canlanma başlayıb və bir qədər əvvəl Rikkardonun Renault-dan getməsi təqdiqlənib. Artıq sürücünün yeni komandası da məlum olub…

Zek Braun: “Daniel ilə müqavilə imzalamaq bizim uzunmüddətli planımızda irəliləyə doğru daha bir addımdır və Lando ilə birlikdə bizə yeni nəfəs gətirəcək. Bu, bizim üçün, tərəfdaşlarımız və azarkeşlərimiz üçün böyük bir xəbərdir.

Eyni zamanda, əla işi və McLaren-in zirvəyə qayıtmasına kömək etdiyi üçün Karlosa təşəkkür bildirmək istəyirəm. O, əsl komanda oyunçusudur və McLaren-i tərk etdikdən sonra ona ən yaxşısını diləyirik”.

Andreas Zaydl: “Daniel tanınmış bir qalibdir və liderlik mövqeyinə qayıtmaq üçün McLaren üçün təcrübəsi, öhdəliyi və enerjisi dəyərli aktivə çevriləcək. Gələn ildən Daniel və Lando kimi azarkeşləri sevindirməyə davam edəcək və komandanın böyüməsinə kömək edəcək iki sürücümüz var.

Karlos işləməkdən zövq alan əsl peşəkardır. Birlikdə bu il yarışlardan zövq almağa davam edəcəyik. McLaren-i tərk etdikdən sonra karyerasının növbəti mərhələsində ona uğurlar arzulayırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*