Renault komandası R29-u test edib

İspaniyada dərc olunan Diario AS qəzeti bu gün yeni Renault R29-un testlərindən yazıb, komanda bu testləri Ənston bazasının yaxınlığındakı Kembl […]

İspaniyada dərc olunan Diario AS qəzeti bu gün yeni Renault R29-un testlərindən yazıb, komanda bu testləri Ənston bazasının yaxınlığındakı Kembl aeroportunun düz yollarında keçirib. Yeni maşının sonuncu yerləri tutduğu Portimao testlərindən sonra komanda aerodinamikanın testlərini keçirməyi qərara alıb, lakin adətən belə testlərdə komandanı bir yük maşını müşaiyət edirdisə, bu dəfə Kemblə komandanın avadanlıqlarını beş yük maşını gətirib. Qəzetin bildirdiyinə görə, komanda yeni burun elementinin sınağına xüsusi diqqət ayırıb.

İspaniyanın başqa bir qəzeti Marca-ya müsahibəsində Fernando Alonso gələn həftə keçiriləcək Xeres testlərindən danışıb: “Biz ümid edirik ki, Xeresdə hava yaxşı olacaq və biz planlaşdırdığımız işləri görə biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*