Renault komandası N.Pikeyə kompensasiya ödəyəcək

Renault komandası keçmiş sürücüsü Nelsinyo Pikenin 2008-ci il Sinqapur Qran Prisində qəsdən qəzaya uğraması ətrafındakı qalmaqal zamanı braziliyalı sürücünü təhqir […]

Renault komandası keçmiş sürücüsü Nelsinyo Pikenin 2008-ci il Sinqapur Qran Prisində qəsdən qəzaya uğraması ətrafındakı qalmaqal zamanı braziliyalı sürücünü təhqir etdiyi üçün ata-bala Pikelərin real itkilərini və məhkəmə xərclərini ödəməyə razı olub.

Həm yarış zamanı gənc braziliyalı sürücü qəsdən qəza törətmişdi, nəticədə isə onun komanda yoldaşı Fernando Alonso qələbə qazanmışdı. Bir il sonra isə məsələnin üstü açılmışdı – komandadan qovulmuş Pike dilini dinc qoymayıb və üçqat dünya çempionu olan atası ilə birlikdə hər şeyi FİA-ya etiraf edib.

Araşdırmalar zamanı Renault komandası rəsmi bəyanat yaymışdı və bildirmişdi ki, ata-bala Pikelər hər şeyi uydurublar, komanda rəhbərliyinə böhtan atırlar və şantaj edirlər. Bu bəyanatdan sonra braziliyalılar komandanın məhkəməyə veriblər.

London Ali Məhkəməsində komandanın nümayəndələri etiraf ediblər ki, bəyanat düzgün deyildi – məhkəmə xərclərini və ailəyə kompensasiya ödəməyə razı olublar. Hər iki tərəf bununla məsələyə birdəfəlik son qoymağı qeyd edib.

Pikelərin ailəvi vəkili Dominik Krossli bildirib ki, “bu gün Renault komandası Londonda mənim müştərilərimdən rəsmən üzr istəyib…”

Məhkəmədən sonra komanda da rəsmi bəyanatla çıxış edib: “2009-cu il sentyabrın 11-də komandamız mətbuat relizi yaymış və onu rəsmi saytımıza da yerləşdirmişdi. Relizdə ehtimal olunurdu ki, Pikelər ailəsi 2008-ci ildə Sinqapur Qran Prisində baş vermiş qəza barədə yalan danışırlar. Həmçinin, biz ehtimal edirdik ki, bu yalan şantaj məqsədi daşıyır.

Komanda bu gün etiraf edir ki (daha əvvəl FİA-nın avtoidman üzrə Ümumdünya Şurasının iclasında olduğu kimi), Nelsinyo Pikenin dedikləri yalan deyilmiş. Biz həmçinin razıyıq ki, həm Nelsinyo, həm də onun atası komandanı şantaj etmək üçün özlərindən heç nə uydurmayıblar.

Beləliklə, yuxarıda adı çəkilən bəyanatda yayılan məlumat tamailə doğru olmayıb və əsassız olub, bu bu bəyanatdan imtina edirik. Biz həm Nelsinyodan, həm də onun atasından üzr istəyirik.

Bunun müqabilində biz ailənin məhkəmə xərclərini ödəməklə onlara kompensasiya ödəməyi də boynumuza götürürük.”

Nelsinyo Pike 2009-cu il Macarıstan Qran Prisindən sonra Renault komandasını tərk edib və Formula1 karyerasına faktiki olaraq son qoyub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*