Renault komandası gələcək heyətini gələn həftə aç&

Renault komandası komandanın 2010-cu il mövsümündəki heyətini gələn həftə açıqlayacaq. Fernando Alonsonun Ferrari-yə keçməsi rəsmən təsdiq olunub və bu gün […]

Renault komandası komandanın 2010-cu il mövsümündəki heyətini gələn həftə açıqlayacaq. Fernando Alonsonun Ferrari-yə keçməsi rəsmən təsdiq olunub və bu gün komanda ikiqat dünya çempionuna minnətdarlıq bildirdiyi mətbuat relizini yayıb…

Relizdə deyilir: “Dünənki bəyanatla əlaqədar olaraq, Renault F1 komandası Fernando Alonsoya gələcək uğurlar arzulayır: o yeni komandaya keçir və onun karyerasında növbəti mərhələ başlayır. Renault və Fernandonun birgə əməkdaşlığı Formula1-də nümunəvi əməkdaşlıqlardan olub, bunun nəticəsində 2005-ci və 2006-cı illərdə ardıcıl iki dünya çempionu titulu və iki Mühəndislər Kuboku qazanılıb.

Komanda və Fernando mövsümün son yarışlarını uğurla keçirmək niyyətindədirlər. Renault F1 komandası gələcək heyətini gələn həftə açıqlayacaq: komanda Alonsonu əvəz edəcək sürücünün adını bildirəcək.”

Ekspertlərin çoxu hesab edir ki, bu sürücü Robert Kubitsa olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*