Renault da Ferrari ilə həmrəydir

Gözlənildiyi kimi Renault komandasının rəhbərliyi Ferrari-nin mövqeyi ilə həmrəy olduğunu təsdiq edib – əgər gələn ilin reqlamentini FİA dəyişməzsə, komanda […]

Gözlənildiyi kimi Renault komandasının rəhbərliyi Ferrari-nin mövqeyi ilə həmrəy olduğunu təsdiq edib – əgər gələn ilin reqlamentini FİA dəyişməzsə, komanda çempionatı tərk edəcək. Bu gün komanda rəsmi bəyanat yayıb…

Bəyanatda deyilir: “Beynəlxalq Avtoİdman Federasiyasının gələn ildən çempionatda ikili reqlament tətbiq etmək qərarı Renault Group şirkətinin Formula1 dünya çempionatında komanda ilə təmsil olunması məsələsinə yenidən baxmağa məcbur edir. Biz FOTA-nın 2009-cu ildən 2012-ci ilə kimi məsrəflərin tədricən və hamar azaldılması üçün hazırladığı konstruktiv planların FİA tərəfindən nəzərə alınmamasından məyusuq. Qeyd etmək lazımdır ki, FOTA da qarşısına eyni məqsədləri qoyub, amma məqsədlərin reallaşdırılması tərəflərin razılığı ilə olmalıdır.

Renault hesab edir ki, idmana rəhbərlik bütün tərəflərin (FİA, FOM, FOTA) bərabər və koordinasiya olunmuş hərəkətləri ilə yerinə yetirilməlidir, yalnız bu halda gəlir və xərclər arasında ən yaxşı balans əldə etmək mümkündür. Biz hesab edirik ki, çempionatın komandaları bir reqlamentə əsaslanmalıdırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*