Red Bull-un pit-stopunda lazer göstəricilər

Son illərdə komandalar pit-stopun müddətinin qısaldılmasıü zərində aktiv işləyirlər. Yanacaqdoldurmaya qoyulan qadağadan sonra sürücünün boksda keçirdiyi müddət yalnız təkərlərin dəyişdirilməsindən […]

Son illərdə komandalar pit-stopun müddətinin qısaldılmasıü zərində aktiv işləyirlər. Yanacaqdoldurmaya qoyulan qadağadan sonra sürücünün boksda keçirdiyi müddət yalnız təkərlərin dəyişdirilməsindən asılıdır, ona görə də komandalar mexaniklərini daim məşq etdirirlər və hər cür texniki yeniliklərdən istifadə edirlər ki, bu müddəti azaltsınlar.

Hələ bir neçə il əvvəl Ferrari komandası işıqforu xatırladan elektron sistemdən istifadə edirdi – sürücü pit-stopun mərhələlərini işıqların rənginə görə izləyə bilirdi. Amma bir neçə ardıcıl insidentdən sonra komanda bu işıqfordan imtina etməli oldu, lakin keçən ildən işıqfor yenə də boksda sürücülərin başı üzərindəki yerinə qaytarıldı.

Digər komandalar da eksperimentlər keçirirlər. Bu il Red Bull komandası pit-stopların qısa müddətliliyinə görə liderlik edir və bu nəticəyə öz töhfəsini xüsusi lazer sistem verir – sistem təkərlərin çıxarılması üçün qaykaaçanların optimal yerləşməsini göstərir.

Lazerlər ön pnevmatik borunun iki yarım küərsində yerləşdirilib, bu boru ilə qaykaaçanlara hava vurulur. Sürücünün vəzifəsi maşını lazımi yerdə saxlamaqdır, bundan sonra mexaniklər qırmızı şüa üzrə hərəkət edirlər. Komandanın hesablamalarına görə, yeni sistem pit-stopun müddətini 0.15 saniyə qısaldır.

Rəqiblər də bu sistemi nəzərdən keçirirlər. Formula1-də, adətən, rəqiblər belə texniki yeniliklər oğurlayaraq daha güclü sistemlər qururlar, ona görə də mövsümün sonunda bu sistemlərin mürəkkəbliyi və dəyəri dəfələrlə artır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*