Red Bull sürücüləri mövsümə hazırlaşırlar

Red Bull sürücüləri qış tətilini başa vurublar və qarşıdakı mövsümə aktiv hazırlaşmağa başlayıblar. Komandanın mətbuat xidməti Sebastyan Fettel və Mark […]

Red Bull sürücüləri qış tətilini başa vurublar və qarşıdakı mövsümə aktiv hazırlaşmağa başlayıblar. Komandanın mətbuat xidməti Sebastyan Fettel və Mark Uebberdən son həftələr və indi nə işlə məşğul olmaları barədə soruşub…

Mark Uebber: “Mövsüm başa çatdıqdan sonra bir neçə həftə zəngin oldu, ona görə də mən Milad bayramı və Yeni ili evimdə, Böyük Britaniyada keçirmək istəyirdim. Hərçənd, bu günlərdə İngiltərəyə o qədər qar yağdı ki, mən istədiyimdən də sakit dincəldim!

Amma dincəlmək xoş idi: bir neçə həftəni mən itlərimlə keçirdim. Avstraliyaya getmək istəyirdim ki, bir az Günəş altında qızınım, amma indi vətənimi su basıb, orda vəziyyət yaxşı deyil, ona görə də mənim planlarım dəyişdi.

Hazırda mən okeanın o biri tayındayam, burda gərgin məşq edirəm, ayın sonunda İngiltərəyə qayıdacam və testlərə hazırlaşacam.”

Sebastyan Fettel: “Mənim üçün də noyabr və dekabr ayları müxtəlif tədbirlərlə zəngin idi, amma Milad bayramını ailəmlə keçirdim, sonra isə Avstriyaya xizək sürməyə getdim.

İndi mən fiziki hazırlıqla məşğulam, komandanın Milton Kinsdəki bazasında simulyatorda da işləyirəm, qarşıdakı mövsümə yaxşı formada başlamaq istəyirəm.

Mənim məşqçim Tommi Parmakoski xüsusi məşq proqramı hazırlayıb, adi vaxtlarda olduğundan daha intensiv və indi biz boyun əzələlərini inkişaf etdiririk.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*