Od olmayan yerdən tüstü çıxmaz – bizim atalar sözü yenə də doğru çıxıb. Sebastyan Fettelin Ferrari-yə gələcəkdə keçməsi barədə son zamanlar çox söz-söhbət gəzirdi. Red Bull komandası almaniyalı sürücünün arzusuna mətbuatda azad yanaşsalar da, son nəticədə Sebin Red Bull-la müqaviləsi daha iki il uzadıldı…
İndi Fettel komandada ən azı 2014-cü ilin sonuna qədər çıxış edəcək. Sport Bild-in bildirdiyinə görə, onun illik gəliri 8-10 milyon Avro təşkil edəcək. Müqaviləyə əsasən sürücü spsonsor tədbirlərinə çox cəlb olunmayacaq və daha çox sərbsətlik alacaq.
Gözlənildiyinə görə, rəsmən müqavilə gələ həftə elan olunacaq. Qeyd etmək lazımdır ki, komanda Ədrian Nyuinin və köməkçilərinin də müqavilələrini uzadıb. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko təsdiq edib ki, “konstruktor ştabının əsas nümayəndələri 2014-cü ilə qədər komandada qalacaqlar…”