Red Bull maşınları artıq Valensiyaya göndərilib

Red Bull komandasının mətbuat xidmətinin hər bir yarış ərəfəsində hazırladığı relizdə maraqlı bölüm var – komandanın bəzi xidmətlərinin daxili yazışması. […]

Red Bull komandasının mətbuat xidmətinin hər bir yarış ərəfəsində hazırladığı relizdə maraqlı bölüm var – komandanın bəzi xidmətlərinin daxili yazışması. Avropa Qran Prisi ərəfəsində biz bildik ki, Valensiyaya maşınları hazırlayan baş mexanik Kenni Həndkəmmer komandanın meneceri Conatan Uitliyə necə hesabt verib…

Kenni Həndkəmmer: “Yarışdan sonrakı yoxlamalar başa çatan kimi hər iki RB7 Monrealdan yola salınıb və ikinci gün səhər tezdən maşınlar Milton Kinsdəki bazaya çatıb.

Təəssüf ki, komandanın dincəlməyə vaxtı olmayıb: bütün əməkdaşlar İngiltərəyə saat 11-də çatıblar və maşınları sökməyə başlayıblar. Qrafikə görə hər iki şassi Valensiya yarışı ərəfəsində yenidən rənglənməli idi, ona görə də biz bütün asılqanları, yanacaq sistemlərini, motorları, ötürmələr qutularını çıxardıq və maşınları tam sökdük.

Həmin gün axşam bütün komponentlərin texniki qulluğu prosesi başlayıb: onlar müxtəlif şöbələrə verilib və çatların olub-olmaması üzrə hərtərəfli yoxlanılıb, sonra rənglənilib. İstifadə müddətini keçmiş detallar dəyişdirilib. Qrafik çox gərgin olub: iki gün ərzində maşınlar tam hazır olmalı idi – RB7 dördüncü gün səhər tezdən yığılmağa başlayıb və beşinci gün artıq treylerlərə yüklənib.

Təsdiq edirəm ki, dörd yük maşını bazadan Valensiyaya kurs alıb. Bazar günü avadanlıqlar, birinci gün motorhoumun konstruksiyasını daşıyan iki avtoqatar, ikinci gün isə iki RB7 avtodroma çatmalıdır.

Adətən, maşınlar dərhal bokslara çatdırılır və üçüncü gün avtodroma gəlib çatan mexaniklərə təhvil verilir. Mexaniklər həmin gün motorları, bütün sistemləri yoxlayırlar. İşlər cümə axşamı da davam edir. Cümə günü isə uik-end başlayır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*