Red Bull komandası FİA-nı məsələni aydınlaşdırmağa çağırıb

Əgər Bəhreyn Qran Prisində ən çox müzakirə olunan texniki yenilik McLaren maşınlarının arxa antiqaandına havayönləndirən sistem olmuşdusa, Avstraliyada diqqət mərkəzinə […]

Əgər Bəhreyn Qran Prisində ən çox müzakirə olunan texniki yenilik McLaren maşınlarının arxa antiqaandına havayönləndirən sistem olmuşdusa, Avstraliyada diqqət mərkəzinə Red Bull maşınalrında klirensin səviyyəsini tənzimləyən sistem çıxıb. Rəqiblər Kristian Horneri qaydaları özü istədiyi kimi yozmaqda ittiham ediblər – nəticədə komanda trasda böyük üstünlük əldə edib.

Sıralanma turunda klirensin daha aşağı səviyyəsi sayəsində Sebastyan Fettel və Censon Batton sürətli olurlar, yarışdan əvvəl isə klirens amortizatorlara əlavə qaz vurulmaqla artırılır. Bu gün məlum olub ki, Red Bull komandası özü FİA-ya müraciət edərək vəziyyəti aydınlaşdırmağı xahiş edib. Komandanın başçısı Kristian Horner bildirib ki, onun komandası reqlamentə zidd heç bir iş görməyib, amma McLaren-in əsassız ittihamlarını diqqətdən kənar qoymaq istəmir…

Kristian Horner: “Son günlər onların işi elə ancaq bizdən danışmaq olub. Əvvəl dedilər ki, bizim maşınlarda yanacaq bakı balacadır, sonra Mark Uebberin gələcəyini müəyyənləşdirdilər, indi isə müxtəlif sistemlərdən istifadə etdiyimiz söyləyirlər. Qəti olaraq bildirirəm ki, bizim maşın tam reqlamentə cavab verir. Şayiə yaymaq onların hüquqlarıdır, amma FİA vəziyyəti aydınlaşdırsa, hamıya xeyri olar.

Prinsipcə biz rəqiblərimizin şərhlərinə qulaq asmırıq, amma bu şərhlər göstərir ki, biz düzgün istiqamətdə irəliləyirik – biz elədiyimizi əvvəl-axır onlar nüsxələyirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*