Red Bull ilk testlərə hazırlaşır

Red Bull komandası yeni maşının üzərində işlərini davam etdirir – maşın fevralın 1-də Valensiyada başlayacaq ilk testlərə qədər hazır olmalıdır. […]

Red Bull komandası yeni maşının üzərində işlərini davam etdirir – maşın fevralın 1-də Valensiyada başlayacaq ilk testlərə qədər hazır olmalıdır. Əgər McLaren mövsümöcəsi testlərə keçid şassi ilə başlamağı planlaşdırırsa, Red Bull belə etmək fikrində deyil.

Kristian Horner: “Biz qrafiki qabaqlayırıq və birinci testlərə işimizi qurtaracayıq. Düzdür, vaxtımız çox az qalıb, amma bu bizim məqsədimizdir. Tezliklə biz planlarımızı təsdiq edəcəyik və maşının təqdimatı barədə bildirəcəyik.”

Əvvəlki mövsümlərdə Milton Kinsdən olan komanda yeni maşının təqdimatını maksimum gecikdirməyə çalışırdı, komanda aerodinamik boruda daha çox işləməyə üstünlük verirdi: keçən il Red Bull Valensiya testlərini, ümumiyyətlə, buraxmışdı, çünki Ədrian Nyui RB6 şassisini idaela çatdırmaq istəyirdi.

Bu il isə Red Bull fərqli taktika seçib: Valensiyada testlərə başlamaq vacıbdır, çünki yeni Pirelli təkərlərinin yeni şassi ilə işləməsi barədə çoxlu məlumat toplamaq lazımdır.

Red Bull şirkətinin avtoidman məsləhətçisi Helmut Markonun sözlərinə görə, yeni maşının təqdimatı testlər başlayandan sonra da baş tuta bilər: “Biz qış testlərinə formal təqdimatsız başlayacayıq, hərçənd, testlərə RB7 şassisi ilə başlamaq niyyətindəyik. Biz hələ çox iş görməliyik, amma hər şey qrafikə uyğun gedir.”

Yeri gəlmişkən, McLaren mövsümöncəsi testlərə keçid şassi ilə qoşulacaq yeganə komanda olmayacaq – eyni addımı Force İndia, Marussia Virgin və Hispania komandaları da atacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*