FİA-da prezidentlik müddətlərinin sayına qoyulan məhdudiyyət ləğv edilib

Biz FİA prezidenti Muhəmməd bin Sulayemin federasiyanın nizamnaməsini dəyişdirərək bir şəxsin rəhbərlik dövrlərinin sayına qoyulmuş məhdudiyyəti ləğv etmək və məhdudiyyətsiz yenidən seçilməyə icazə vermək planlarından bəhs etmişdik.

Cümə axşamı Makao şəhərində keçirilən FİA Baş Assambleyasında quruma üzv milli avtomobil klublarının iştirakı ilə səsvermə keçirilib və təşkilat prezidentinin müddət sayına məhdudiyyətin ləğvi təklifi təsdiqlənib.

BBC Sport-un məlumatına görə, təşəbbüs 90.71% səslə dəstəklənib. Lakin FİA-nın rəsmi nümayəndəsi hələ dəqiq rəqəmi təsdiq etməyib, çünki onun sözlərinə görə, səslərin hesablanması davam edir.

Qəbul edilmiş qərar 64 yaşlı Muhəmməd bin Sulayemin hər biri dörd il olmaqla üç müddətdən sonra da FİA prezidenti postunda qalmasına imkan verir.

Hazırda FİA prezidenti vəzifəsinə namizədlər üçün 70 yaş həddi qüvvədədir. Lakin onun niyyətlərindən xəbərdar mənbələrin məlumatına görə, bin Sulayem bu məhdudiyyətin də ləğv olunmasını nəzərdə tutur. Onların bildirdiyinə görə, bin Sulayemin məqsədi FİA prezidenti vəzifasını ömürlük tutmaq imkanını əldə etməkdir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*