12 Noyabr 2019, Çərşənbə axşamı - 04:22

Red Bull diffuzorlar üzrə izahat gözləyir

Red Bull diffuzorlar üzrə izahat gözləyir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:51 - 15 İyun, 2011

Monrealda komandalar FİA-nın texniki xidmətindən növbəti məktub alıblar – məktubda söhbət diffuzorun stabil işlənmiş qaz axınından istifadəyə qoyulacaq qarşıdakı məhdudiyyətlərdən […]

Monrealda komandalar FİA-nın texniki xidmətindən növbəti məktub alıblar – məktubda söhbət diffuzorun stabil işlənmiş qaz axınından istifadəyə qoyulacaq qarşıdakı məhdudiyyətlərdən söhbət gedib, xatırladaq ki, bu qaz axınının həcmi hazırda akseleratorun pedalının basılma səviyyəsindən asılı deyil.

Silverstoun yarışından başlayaraq, qaz pedalı basılmayan an işlənmiş qaz axınının həcmi maksimum kəmiyyətin 10%-dən çox olmayacaq. Bu qaydanın pozulması texniki reqlamentin 3.15 bəndinin pozulmasına bərabər tutulacaq – hərəkətli aerodinamik elementlər qadağandır, çünki pedalla, qaz axını ilə, motorla komandalar maşının aerodinamik xarakteristikasını dəyişirlər.

Texniki işçi qrup cümə axşamı Londonda bu məsələni müzakirə etmək üçün toplaşacaq. Amma buna qədər Red Bull komandası FİA-dan qarşıdakı məhdudiyyətlər barədə izahat almaq istəyir. Bir çoxları hesab edirlər ki, məhdudiyyət nəticəsində Red Bull sıralanma turundakı üstünlüyünü itirəcək, amma komandanın başçısı Kristian Horner əmindir ki, hamı bərabər dərəcədə zərər çəkəcək…

Kristian Horner: “İki problem var. Birincisi, bu məhdudiyyətin qüvvələr nisbətinə təsiri və mən düşünmürəm ki, biz digər komandalara nisbətən az və ya çox zərər çəkəcəyik. İkincisi, FİA-nın texniki məhdudiyyətinin dəqiq izahatı olmalıdır və məhz bu məsələ işçi qrupun görüşündə müzakirə olunacaq, amma bu görüşə qədər biz FİA-dan izahatı almalıyıq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 267
Teqlər
Paylaş

logo