Red Bull Braziliyada rəqiblərini təəccübləndirə bilər

Yaponiya Qran Prisinin ilk dövrələrində Mark Uebber iki dəfə pit-stopa baş çəkməli olmuşdu, bundan sonra Red Bull komandası avstraliyalı sürücünün […]

Yaponiya Qran Prisinin ilk dövrələrində Mark Uebber iki dəfə pit-stopa baş çəkməli olmuşdu, bundan sonra Red Bull komandası avstraliyalı sürücünün yarışından yeni elementlərin testi kimi istifadə etməyi qərara alıb. Sebastyan Fettel peletonun başında maşının sürətli olmasını göstərərkən, Uebber komanda ilə birlikdə yenilikləri yoxlayıb – komanda cümə günü yağış üzündən bir çox yenilikləri yoxlaya bilməmişdi. Komanda Suzukaya ön antiqanadın bir neçə variantını gətirmişdi – onların bir hissəsi Yaponiya yarışı üçün, digər hissəsi isə Braziliya yarışı üçün nəzərdə tutulubmuş…

Cümə günü yağış üzündən sürücülər sərbəst yürüşlərdə iştirak etməyiblər. Fettel və Uebber cəmi 17 dövrə vurublar, həm də buraya trasa çıxma və boksa qayıtma qısa dövrələri də daxildir. Amma itirilmiş vaxtın bir hissəsini yarışda kompensə etmək mümkün olub, 4-51-ci dövrələri Uebebr test rejimində keçirib, 50-ci dövrədə isə ən yaxşı nəticəsinə imza atıb – bu zaman onun maşınına Braziliya Qran Prisi üçün nəzərdə tutulmuş antiqanada qoyulmuşdu.

Deyəsən, İnterlaqosda Red Bull maşınları çox süərtli olacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*