D.Rikkardo: “Heç nə istədiyim kimi getmədi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, yarışda heç nə istədiyi kimi getməyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa SuperSoft təkərlərlə başlamış və startda Rəykkönenin gerisinə düşmüşdü. Beləliklə, 27 yaşlı sürücü strategiyasından istifadə edə bilməmişdi.

Rikkardo pit-stoplardan sonra Rəykköneni qabaqlasa da, yarışı 5-ci yerdə bitirib.

Daniel Rikkardo: “Startın çətin olacağını bilirdik və Kimi startda bizi keçdi. Sözün açığı, Maks kimi trasda daha uzun müddət qalaraq, bir pit-stop etsəydik, mənim üçün daha yaxşı olardı. Əgər Ferrari sürücülərinin önündə olsaydıq, onlara qarşı yerimi qorumaq üçün daha yaxşı strategiya tətbiq edə bilərdik. Amma həm geridə qalıb, həm də aqressiv strategiya seçmək üçün doğru zaman deyildi.

Ümumi mövsümə baxanda, çox sevincli oluram. Enişli-yoxuşlu mövsüm oldu, amma mövsümün əvvəlindəki performansımıza baxanda, nəticə əla oldu. Ümid edirəm ki, gələn il çempionluq uğrunda mübarizə apara bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*