Red Bull artıq diffuzorun yeni variantı üzərində işləyir

Red Bull Racing komandasının başçısı Kristian Horner hesab edir ki, Avstraliyada bugünkü sərbəst yürüşlərdə mübahisəli diffuzorlar qoyulmuş maşınların liderlik etmələri […]

Red Bull Racing komandasının başçısı Kristian Horner hesab edir ki, Avstraliyada bugünkü sərbəst yürüşlərdə mübahisəli diffuzorlar qoyulmuş maşınların liderlik etmələri təsadüf deyil. Red Bull sürücüsü Mark Uebber son protokolda dördüncü sətrə yüksəlsə də Horner əmindir ki, əgər FİA-nın Apelyasiya Məhkəməsi Brawn GP, Toyota və Williams komandalarının diffuzorlarının konstruksiyalarını leqal hesab etsə, onda digər komandalar da bu elementi nüsxələməli olacaqlar…

Kristian Horner: “Məncə, belə diffuzorlu maşınların bugünkü protokollara başçılıq etmələri təsadüf deyil. Hesab edirəm ki, belə konstruksiyalar sürətdə böyük üstünlük verir, ona görə də digər komandalar da öz variantları üzərində işləməyə başlayacaqlar, çünki FİA bu cür konstruksiyaları leqal sayıb.

Biz vaxt itirə bilmərik, ona görə də faktiki olaraq alternativ konstruksiyaların axtarışına başlamışıq. Bununla ciddi məşğul olmaq lazımdır, amma hər şey maşının hazırkı şassisindən asılıdır. Nəzəri cəhətdən bu iş üçün çox vaxt lazımdır, çünki bəlkə də maşının yarısını dəyişməli olacayıq. Ona görə də bu heç də bizə ucuz başa gəlməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*