17 Noyabr 2019, Bazar - 11:31

R.Braun və N.Fray 150 milyon funt qazanıblar

R.Braun və N.Fray 150 milyon funt qazanıblar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:38 - 07 Mart, 2011

Keçən həftə komanda sahibləri üçün xoş xəbərlərlə zəngin olub. Məlum olub ki, Williams komandasının təsisçilərindən biri Patrik Hed komandanın səhmləri […]

Keçən həftə komanda sahibləri üçün xoş xəbərlərlə zəngin olub. Məlum olub ki, Williams komandasının təsisçilərindən biri Patrik Hed komandanın səhmləri birjaya çıxarıldıqdan sonra 31 milyon funt sterlinq alıb. Dünən Londonda dərc olunan The Daily Mail qəzeti isə Mercedes GP komandanın satışında keçmiş sahiblərinin qazancları barədə məlumat verib…

Qəzetin bildirdiyinə görə, Mercedes-BenzAabar komandaya tam sahib olduqdan sonra, Nik Fray 56 milyon funt, Ross Braun isə 97 milyon funt qazanıb – bu isə Force İndia komandasının 2009-cu ildəki gəlirindən 3 dəfə çoxdur. Komandanın digər səhmdarları isə 26 milyon funt varlanıblar.

Məqalədə Mercedes GP komandasının səhmlərinin taleyi araşdırılır və aydın olur ki, komandanın başçıları Honda Motor Formula1-i tərk etdikdən sonra istər-istəməz komandaya sahib çıxaraq, təxminən 2 il ərzində milyoner olublar.

Deyilənlərə görə, vaxtılə Honda komandası Rossa cəmi 1 funt sterlinqə satılmışdı – britaniyalı komandanın səhmlərinin 54%-nə sahib çıxmış, 31%-i Fraya keçmiş, yerdə qalan 15%-i isə komandanın daha 4 məsul şəxsi öz aralarında bölmüşlər.

2009-cu ilin sonunda Mercedes-BenzAabar komandanı alarkən, Braun səhmlərin 40.5%-ni 73 milyon funta satıb, keçəm həftə isə yerdə qalan hissəsini də 24 milyon funta satıb. Fray isə əvvəlcə səhmlərin 23.3%-ni 42 milyon funta satıb, keçən həftə isə daha 14 milyon funt zənginləşib. Digər səhmdarlar da öz paylarını satdıqdan sonra komandanın dəyəri 180 milyon funta çatıb.

Britaniyanın Pitpass saytının məlumatına görə, Mercedes-BenzAabar İnvestments 2009-cu ilin sonunda Brawn GP-nin səhmlərinin nəzarət paketini alanda, hamı elə bilirdi ki, komanda onlara cəmi 50 milyon funta başa gəlib. Həmin il komandanın çempionatda hər iki titulu qazanmasına baxmayaraq, Ross böyük sponsorları komandaya cəlb edə bilməmişdi, Virgin konserni isə cəmi 5 milyon dollar ödəmişdi.

Amma 2009-cu ilin maliyyə hesabatı dərc olunarkən, məlum olub ki, komanda həmin il 235 milyon funt qazanıb – Formula1-də ən yüksək göstəricidir. Brawn GP üçün zəfərlə dolu olan mövsümün sonu komandanın satılması üçün ideal vaxt idi – ondan sonra komandanın çıxışı heç nə ilə yadda qalmayıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 320
Teqlər
Paylaş

logo