H.Marko: Ferrari güclüdür, McLaren sponsor axtarır

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko düşünür ki, Ferrari ən sürətli komanda olduğu halda, McLaren sponsor axtarışındadır.

F-1.az xatırladır ki, Formula1 tarixinin ən titullu iki komandası Ferrari və McLaren son illərdə uğursuzluq zolağından çıxa bilmir. Ferrari son qələbəsini 2019-cu ildə qazanıb. McLaren isə keçən mövsüm 9 illik fasilədən sonra Daniel Rikkardo ilə Montsada qələbə qazanmışdı. Ancaq bu il yeni reqlamentin gəlməsi ilə hər kəs bu iki komandadan uğurlu nəticələr gözləyir. Onlar da Barselonadakı qış testlərində yaxşı çıxış edərək, bu gözləntiləri qarşılayıblar. Lakin qoca qurd Helmut Marko düşünür ki, McLaren boş çənlə dövrələr vuraraq, sürətli olub. Ferrari isə ən sürətli komandalardandır.

Helmut Marko: “Belə görünür ki, McLaren sponsor axtarır. Ferrari isə məncə, ən yaxşı motora sahibdir. Onlar çox güclü görünürlər. Bəs çənlərində nə qədər yanacaq var idi?

Bizim bolidimiz RB18-in məncə, böyük potensialı var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*