15 Dekabr 2019, Bazar - 06:21

R.Braun: “Təkərlərin qızdırılması problemləri yenə qay&

R.Braun: “Təkərlərin qızdırılması problemləri yenə qay&

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:38 - 30 Avqust, 2009

Spada sıralanma turu ərəfəsində Ross Braun jurnalistlərə demişdi ki, komanda təkərlərin qızıdırılması problemlərini aradan qaldırıb, amma dünən məlum olub ki, […]

Spada sıralanma turu ərəfəsində Ross Braun jurnalistlərə demişdi ki, komanda təkərlərin qızıdırılması problemlərini aradan qaldırıb, amma dünən məlum olub ki, onun nikbinliyi tələsik imiş. Şənbə günü Rubens Barrikello və Censon Batton təkərləri optimal işçi temperatura qədər qızdıra bilməyiblər və Braunun fikrincə, komanda yenidən problemin həlli ilə məşğul olmalıdır…

Ross Braun: “Təkərlərin qızıdırılması problemi yenidən qayıdıb, biz onları işləməyə məcbur etməyə çalışdır və buna nail olan komandalar əla nəticələr göstərdilər. Xüsusən də Censona çətin oldu. Cümə günü vəziyyət pis deyildi, indi isə biz əvvəlki çətinliklərlə üzləşdik, hərçənd, əvvəl olduğu kimi güclü deyil. Uzun məsafədə maşın ağır olanda vəziyyət elə də pis deyil.

Censonun problemləri onun sürmə stili ilə əlaqədardır. O təkərlərlə yumşaq davranır, bəzən bu üstünlük verir, amma soyuq havada o uduzur. Censonun çox hamar və səliqəli stili var, amma təkərləri qızdırmaq lazım gələndə ona çətin olur.

Rubens isə daha yüngül maşınla start alacaq və yaxşı nəticə göstərə bilər. Onun yanında KERS qoyulmuş maşın yoxdur, yaxşı start almaq lazımdır, onun şansları yüksəkdir. Məncə yarışın birinci və ikinci hissələri həlledici olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 290
Teqlər
Paylaş

logo