R.Braun: “Müqavilə məsələsi Şumaherlə müzakirə olunmayıb”

Kanadada şayiələr yayılıb ki, Mixael Şumaher və Mercedes GP komandası cari müqaviləni daha iki il müddətinə uzadacaqlar. Cari müqavilənin müddəti […]

Kanadada şayiələr yayılıb ki, Mixael Şumaher və Mercedes GP komandası cari müqaviləni daha iki il müddətinə uzadacaqlar. Cari müqavilənin müddəti gələn ilin sonunda başa çatır və komandanın müqaviləni uzatmaq opsionu var. Jurnalistlər tərəflərin şərh verməsini xahiş ediblər.

Mixael Şumaher RTL telekanalına müsahibəsində bildirib ki, son günlərdə vəziyyət dəyişməyib və müqavilə məsələsi planlı şəkildə müzakirə olunacaq, bu sözləri komandanın rəhbəri də təsdiq edib…

Ross Braun: “Mən hər iki sürücümüzün işindən çox razıyam, biz heç də sürücülərimizin zəif olmasına görə qələbə qazanmırıq. Hazırda sürücülərlə müqavilə məsələsi bizim üçün vacib məsələ deyil, əsas vəzifəmiz rəqabətədavamlı maşın qurmaqdır.

İstənilən halda, Mixael hələ gələn il də bizimlə olacaq. Əgər gələn il maşın sürətli olarsa, bizim nəticələrimiz yüksək olarsa, mən əməkdaşlığımızın davam etdirilməsinə əngəl ola biləcək səbəb görümürəm. Amma hazırda biz bunu müzakirə etmirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*