K.Rəykkönen: Ferrari inlkişaf etməlidir

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Ferrari çempionluq uğrunda mübarizə apara bilər.

F-1.az xatırladır ki, “qırmızılar” sonuncu dəfə 2007-ci ildə Kimi Rəykkönenlə titul qazanmışdılar. Ondan sonrakı illərdə isə işlər Ferrari üçün qaydasında getməyib. İtalyanlar builki qış testlərində də zəif görünüblər.

Kimi Rəykkönen: “Son illərdə yaxşı və pis mövsümlər keçirdilər. Ancaq ümid edirəm ki, inkişaf edib mübarizə apararlar. Görək mövsüm ərzində necə olacaqlar”.