R.Braun: “Mövsümün başlamasını səbirsizliklə gözləyirik”

Mercedes GP qarşıdakı mövsümə böyük ümidlər bəsləyir, komanda mövsümöncəsi testlərin gedişində ciddi inkişafa nail olub və çempionata yaxşı əhvalla başlayır… […]

Mercedes GP qarşıdakı mövsümə böyük ümidlər bəsləyir, komanda mövsümöncəsi testlərin gedişində ciddi inkişafa nail olub və çempionata yaxşı əhvalla başlayır…

Ross Braun: “Qarşıda Mercedes GP Petronas komandasının Formula1-də ikinci mövsümü başlayır, bu müddət ərzində komanda ciddi inkişafa nail olub. Daimler, Aabar və digər tərəfdaşlarımızın dəstəyi ilə biz daha güclü olduq – təşkilatın iqtiasdi bütövlüyü təmin olunub, biz komandanı gələcəkdə görmək istədiyimiz kimi qura bilərik.

Mövsümöncəsi hazırlıq əvvəldən tutduğumuz plan üzrə keçdi, amma yalnız mövsümün birinci yarışı qüvvələr nisbətini real qiymətlənidrmək imkanı verəcək. Hamı səbirsizliklə bilmək istəyir ki, Melburnda start sahəsi necə olacaq və biz rəqabətədavamlı çıxışa ümid edirik. Son 12 ay ərzində biz vəziyyətəuyğun hərəkət etmək qabiliyyətimizi ciddi artırmışıq, bizim mövsümün gedişində maşının ciddi təkmilləşmə planımız var.

Bu il Mixael Şumaher və Niko Rosberqlə birlikdə ikinci mövsümümüz olacaq və bu stabillik keçən illərin təcrübəsi ilə birlikdə komanda və sürücülərə qarşıdakı mövsümə yaxşı hazırlaşmağa imkan verib.

Düşünürəm ki, biz hamımız 2011-ci ilin maraqlı olmasına ümid edirik. Pirelli təkərlərinə keçid strategiyanı həlledici faktorlardan biri edəcək, arxa antiqanadın hərəkətli elementi KERS-lə birlikdə komanda və sürücülər üçün daha bir çağırış olacaq və biz ümid edirik ki, trasda azarkeşlərin xoşladıqları ötmələrin sayını artıracaq.

Avstraliya Qran Prisi həmişə fantastik idman uik-endidir, mövsümün ilk yarışı həmişə həyəcanlı olur. Bizim hamımız mövsümün başlamasını səbirsizliklə gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*