25 Avqust 2019, Bazar - 13:55

R.Braun: “Mixaellə danışıqların vaxtı hələ gəlməyib”

R.Braun: “Mixaellə danışıqların vaxtı hələ gəlməyib”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:32 - 04 Mart, 2012

Mixael Şumaherin cari müqaviləsinin vaxtı bu mövsümün sonunda başa çatır. Yeddiqat dünya çempionunun artıq 43 yaşı var, ona görə də […]

Mixael Şumaherin cari müqaviləsinin vaxtı bu mövsümün sonunda başa çatır. Yeddiqat dünya çempionunun artıq 43 yaşı var, ona görə də hər gün mətbuatda onun karyerasını davam etdirməsi barədə müzakirələr yer alır. Amma Mercedes AMG komandası bildirib ki, hazırkı müqavilənin uzadılması barədə danışıqlar hələ başlamayıb.

Almaniyanın mötəbər Bild qəzeti yazır ki, Ştutqart konserninin korporativ yerarxiyası elədir ki, Mixaelə bu vəziyyətdə ən azı yeni müqavilə təklif olunmalıdır – qərarı isə almaniyalı sürücü özü qəbul etməlidir.

Mercedes AMG komandasının başçısı Ross Braun Sky Sports telekanalında vəziyyəti şərh edərkən bildirib: “Hazırda biz bu mövzuda heç bir müzakirə aparmırıq, hərçənd danışıqlara tam hazırıq. Sürücülərlə bağlı heç bir planımız yoxdur. Mövsümün gedişinə baxmaq lazımdır – yalnız bundan sonra müzakirələrə başlayacayıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq, biz yaxşı nəticələr göstərəvcəyik və hər iki tərəf əməkdaşlığı davam etdirməyə şad olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər
Paylaş

logo