R.Braun FOTA-ya sadiqliyini təsdiq edib

İstanbulda Brawn GP komandasının sahibi Ross Braun komandasının FOTA-ya sadiqliyini təsdiq edib və Williams-Force İndia cütlüyünə qoşulması barədə gəzən şayiələri […]

İstanbulda Brawn GP komandasının sahibi Ross Braun komandasının FOTA-ya sadiqliyini təsdiq edib və Williams-Force İndia cütlüyünə qoşulması barədə gəzən şayiələri təkzib edib – son günlər mətbuatda Rossun gələn il çempionatda iştirak etməsi üçün şərtsiz ərizə verəcəyi söylənilirdi…

Ross Braun: “Mən Frənk Uilyamsı gözəl başa düşürəm, onun Ekklstoun və FİA qarşısında müqavilə öhdəlikləri var idi, bizim isə belə öhdəliklərimiz yoxdur. Bizim komandamızın yaranması ilk gündən FOTA-nın dəstəyindən asılıdır, xüsusən də McLaren və Mercedes-in, ona görə biz burdayıq və mən düşünürəm ki, FOTA-nın təklifləri həqiqətən effektivdirlər. Bizi ayırıblar, ona görə də bu problemlər baş qaldırıb – FOTA və FİA-nın yaxşı təklifləri var, biz ümid edirik ki, tərəflər razılığa gələcəklər. Mən hiss edirəm ki, FOTA-nın üzvü olmaqla daha çox kömək edə bilərəm, ona görə biz FOTA-dan çıxmaq fikrində deyilik.

İnanmıram ki, Williams və Force İndia-ya daha kimsə qoşulsun. Vicey Malyanın öz səbəbləri var – yaxşı olar ki, onun özündən soruşasınız, Frənk Uilyamsın öz səbəbləri – onlar çətin vəziyyətə düşüblər, amma düşünmürəm ki, daha kimsə FOTA-dan çıxacaq, axı FOTA-nın işi yalnız bu qarşıdurma ilə bağlı deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*